az | ru | en  

  • Assosiasiya haqqında
  • Üzvlük
  • Məqalələr
  • Partnyorlar
  • Statistika













  • Lizinq haqqında

    Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq – lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir.

    Cədvəldən aydın olur ki, klassik lizinq münasibətlərində lizinq verən, lizinq alan və satıcı kimi lizinq müqaviləsinin subyektləri iştirak edir.

    Lakin lizinqin bir investisiya mexanizmi kimi inkişafı nəticəsində banklar və sığorta şirkətləri də lizinq münasibətlərinə qatılırlar. Beləliklə, lizinqin şərtləri bütün tərəflər üçün daha çevik və sərfəli olur.
    Lizinq iqtisadi inkişafa necə kömək edir?
    Lizinq istehsalatın müasirləşdirilməsi kiçik və orta sahibkarlığın inkişafı yolunu təklif edir
    Kiçik və orta müəssisələrin kredit qabiliyyəti aşağı olduğuna, onlar likvid girovun təklif edilməsi imkanına malik olmadıqlarına görə həmin müəssisələrin maliyyələşdirilməsində lizinq şirkətləri mühüm rol oynayırlar.
    Lizinq maliyyə bazarında rəqabətin artmasına xidmət edir
    Dövriyyə vəsaitlərinin maliyyələşdirilməsindən aşağı riskli olan lizinq bank kreditindən daha ucuz maliyyələşdirmə üsuludur və onunla birbaşa rəqabət təşkil edir. İnkişaf edən ölkələrdə lizinq bank kreditləşməsinin alternativi olaraq müəssisələrə həm lizinqdən, həm də bank kreditindən istifadə edilməsinə və təmin edilmiş borcun məbləğinin aşmamasına imkan yaradır.
    Lizinq ümumiyyətlə iqtisadiyyata kapital qoyuluşlarının həcmini artırır.
    Bank maliyyələşdirməsinə alternativ kimi çıxış edən lizinq digər maliyyələşdirmə formalarından istifadə edilməsinə imkan yaradır.
    Lizinq avadanlığın satış həcmlərinin artmasına xidmət edir.
    Lizinq yerli və xarici mal verənlərə kredit almayan müəssisələr sırasından yeni alıcı sayının artması mexanizmini təklif edir.
    Lizinq sazişinin mərhələləri
    1. Lizinq müraciəti
    Potensial lizinq alan onu maraqlandıran obyektin geniş təsvirini verməklə lizinq müraciətinin formasını doldurur

    2. Müraciətə baxılması
    Müraciətə lizinq şirkəti tərəfindən baxılır

    3. Müraciətin təsdiqlənməsi
    Müraciət lizinq şirkətinin kredit komitəsi tərəfindən təsdiq edilir

    4. Lizinq müqaviləsinin bağlanması
    Lizinq alanın müraciəti təsdiq edildikdən sonra lizinq verən və lizinq alan arasında lizinq müqaviləsi bağlanır

    5. Alqı-satqı müqaviləsinin bağlanması
    Lizinq verən və lizinq alan arasında alqı-satqı müqaviləsi bağlanır

    6. Lizinq obyektinin əldə edilməsi
    Lizinq verən lizinq obyektini lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermək üçün onu mülkiyyət hüququ ilə əldə edir

    7. Sığorta
    Lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda satıcı lizinq obyektini sığortalamalıdır.

    8. Lizinq obyektinin lizinq alana verilməsi
    Lizinq verən və lizinq alan lizinq obyektinin lizinq alana verilməsini təsdiq edən qəbul protokolunu imzalayırlar.

    9. Lizinq ödənişləri
    Lizinq alan lizinq obyektindən istifadəyə görə mütəmadi olaraq lizinq ödənişlərini həyata keçirir.

    10. Monitorinq
    Maliyyə nəzarəti lizinq verən lizinq obyektinin vəziyyətini və lizinq alanın maliyyə vəziyyətini lizinq müqaviləsi ilə müəyyən edilmiş qaydada yoxlayır.

    11. Mülkiyyət hüququnun lizinq alana keçməsi
    Lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hallarda lizinq obyekti lizinq alanın mülkiyyətinə keçə, yaxud lizinq alan lizinq obyektini satın ala bilər.

     

     

    © Copyright ALSA 2009